Qərbi Kaspi Universiteti "Clarivate" hesabatında yüksək nəticələr qazanıb
Qərbi Kaspi Universiteti "Clarivate" agentliyinin "Global Institutional Profiles Project” (GIPP) hesabatında beynəlxalq elmi əməkdaşlıq, tədqiqat təsiri və tədris potensialı üzrə qlobal miqyasda mühüm uğurlar əldə edib.
Universitetin göstəriciləri qısa olaraq belədir:
"Papers – International Co-author / Papers" (Məqalələr – Beynəlxalq Həmmüəlliflik / Məqalələr): Universitet 99.68 xal toplayaraq qlobal bazadakı ali təhsil müəssisələrinin 99.68%-ni geridə qoyub. Bu, güclü beynəlxalq elmi əməkdaşlığın göstəricisidir.
"Normalized Citation Impact (Country Adjusted)" (Normallaşdırılmış Sitat Təsiri – Ölkə üzrə tənzimlənmiş): Universitet 60.19 xal ilə qlobal müəssisələrin 60.19%-indən daha yüksək performans göstərib və elmi tədqiqatlarının beynəlxalq nüfuzunu təsdiqləyib.
"Academic Staff / Students" (Akademik Heyət / Tələbə): Tədrisin keyfiyyətini göstərən bu nisbətdə universitet 71.09 xal əldə edərək qlobal bazadakı müəssisələrin 71.09%-ni qabaqlayıb. Nəticə tələbə sayına nisbətdə geniş professor-müəllim heyətinin olduğunu sübut edir.
Elmi uğurlarımız qlobal inteqrasiyamızın və yüksək tədris keyfiyyətimizin əyani sübutudur.